Afinada mitinq zamanı Yunanıstan telekanalının çəkiliş qrupuna hücum olub

Afinada mitinq zamanı Yunanıstan telekanalının çəkiliş qrupuna hücum olub Bakı. 21 yanvar. REPORT.AZ/ Afinada mitinq zamanı ekstremist qüvvələr Yunanıstanın ERT ictimai televiziyasının çəkiliş qrupuna hücum ediblər. Nəticədə hadisələri işıqlandıran teleoperator yaralanıb.
Digər ölkələr
21 Yanvar , 2019 03:15
Afinada mitinq zamanı Yunanıstan telekanalının çəkiliş qrupuna hücum olub

Bakı. 21 yanvar. REPORT.AZ/ Afinada mitinq zamanı ekstremist qüvvələr Yunanıstanın ERT ictimai televiziyasının çəkiliş qrupuna hücum ediblər. Nəticədə hadisələri işıqlandıran teleoperator yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə telekanalın bəyanatında deyilir.

"ERT demokratiya və mətbuat azadlığına birbaşa zərbə olan zorakı hücumu şiddətlə qınayır. ERT əməkdaşları bundan qorxan deyillər. Əksinə, bu, onların Yunanıstan vətəndaşlarına həqiqi və plüralist məlumatlar çatdırmaq istəklərini daha da artırır", - deyə məlumatda bildirilir.

Bazar günü Afinada 60 min nəfərdən çox insan iştirakı ilə mitinq keçirilib. Mitinqçilər keçmiş Yuqoslaviya respublikası Makedoniyanın yeni konstitusiya adı barədə Skopye ilə imzalanan sazişə qarşı çıxıblar.

Son xəbərlər

Orphus sistemi