ABŞ Yaxın və Orta Şərqdə hərbçilərinin sayını artırıb

ABŞ Yaxın və Orta Şərqdə hərbçilərinin sayını artırıb Qətərdə son üç ayda Pentaqon hərbçiləri və mülki əməkdaşlarının sayı 6 671-ə çatdırılıb
Digər ölkələr
22 Noyabr , 2017 16:48
ABŞ Yaxın və Orta Şərqdə hərbçilərinin sayını artırıb

Bakı. 22 noyabr. REPORT.AZ/ ABŞ Müdafiə Nazirliyi Yaxın və Orta Şərqdə hərbçilərinin və mülki əməkdaşlarının sayını artıraraq 54 180-ə çatdırıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Pentaqonun İnsan Resursları Mərkəzinin hesabatında bildirilib.

Cari ilin may ayında bölgədə Pentaqonun hərbçiləri və mülki əməkdaşlarının sayı 40 517 nəfər olub.

Hesabata əsasən, Suriyada cari ilin iyun ayınadək 1 251 olubsa, sentyabrda onların sayı 1723-ə, Qətərdə son üç ayda 3 164-dən 6 671-ə, Küveytdə sentyabrda 14 790-dan, 16 592-yə, Birləşmiş Ərəb Ərmirliklərində 1531-dən 4 240-a, Bəhreyndə iyunda 6 541-dən sentyabrda 9 335-ə, İraqda isə iyun-sentyabr aylarında 8 173-dən 9 122-yə, Türkiyədə iyunda 1350-1405-dən sentyabrda 2 265-ə çatdırılıb. 

Son xəbərlər

Orphus sistemi