ABŞ xarici kəşfiyyat üçün ayrılan maliyyənin həcmini əhəmiyyətli dərəcədə artırıb

ABŞ xarici kəşfiyyat üçün ayrılan maliyyənin həcmini əhəmiyyətli dərəcədə artırıb Bakı. 31 oktyabr. REPORT.AZ/ ABŞ Administrasiyası xarici kəşfiyyat əməliyyatları üçün ayrılan maliyyənin həcmini əhəmiyyətli dərəcədə artırıb.
Digər ölkələr
31 Oktyabr , 2018 15:33
ABŞ xarici kəşfiyyat üçün ayrılan maliyyənin həcmini əhəmiyyətli dərəcədə artırıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ ABŞ Administrasiyası xarici kəşfiyyat əməliyyatları üçün ayrılan maliyyənin həcmini əhəmiyyətli dərəcədə artırıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu ABŞ-ın Milli Kəşfiyyat direktorunun və Pentaqonun dərc etdiyi sənədlərdən görmək olar.

Açıq məlumatlara görə, ABŞ cari maliyyə ilində siyasi və hərbi kəşfiyyat əməliyyatları üçün 81,5 milyard dollar ayırıb ki, bu da keçən ilin göstəricisindən 11,6% çoxdur.

Mərkəzi Kəşfiyyat İdarəsi, Milli Təhlükəsizlik Agentliyi və Federal Araşdırmalar Bürosunun əməliyyatlarının maliyyələşdirildiyi Milli Kəşfiyyat Proqramına 59,4 milyard dollar ayrılıb. Ötən maliyyə ili ilə müqayisədə artım 4,8 milyard dollar təşkil edib.

Cari maliyyə ilində Hərbi Kəşfiyyat Proqramı xətti üzrə 22,1 milyard dollar ayrılıb ki, bu da keçən illə müqayisədə 3,7 milyard dollar artım deməkdir.

Qeyd edək ki, 2017-ci ildə Milli Kəşfiyyat Proqramı və Hərbi Kəşfiyyat Proqramı üzrə toplam maliyyələşmə 73,0 milyard dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi