Yuxarı

ABŞ və Cənubi Koreya prezidentləri arasında telefon danışığı olub

ABŞ və Cənubi Koreya prezidentləri arasında telefon danışığı olub
© Pete Marovich/ globallookpress.com

Bakı. 11 iyun. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampla Cənubi Koreyanın dövlət başçısı Mun Çje İn arasında ABŞ-KXDR sammiti ərəfəsində telefon danışığı baş tutub.

"Report" RT-yə istinadən xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya liderinin administrasiyasındakı nümayəndəyə istinadən məlumat yayıb.

Daha əvvəl Mun Çje İn ABŞ və KXDR arasındakı münasibətlərin tam nizamlanmasının mümkünlüyünü dəyərləndirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In artıq Sinqapurdadır. İyunun 12-də Sentos adasında yerləşən "Capella" hotelində ABŞ - KXDR sammiti keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi