Bakı. 29 sentyabr. REPORT.AZ/ ABŞ-ın 2019-cu ilin dövlət büdcəsi layihəsində Ukraynaya 250 mln. dollar məbləğində yardım ayrılması nəzərdə tutulub.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfirliyi məlumat yayıb.
Eyni zamanda ABŞ Konqresi tərəfindən qəbul edilən və Prezident Donald Trampın imzaladığı 2019-cu il üzrə Müdafiə Nazirliyi üçün təxsisatlar haqqında qanunda 2018-ci illə müqayisədə Pentaqonun maliyyə yardımı da 50 mln. dollar artırılıb
Qeyd edək ki, büdcə layihəsində müdafiə, təhsil, sosial və tibbi xərclər nəzərdə tutulur. 2019-cu maliyyə ili üçün təxsisatların ümumi həcmi 850 mlrd. dollardan artıqdır. Bunun 675 mlrd. dollarını müdafiə xərcləri təşkil edir.