Yuxarı

ABŞ Suriyaya ağ fosfor bombası atıb, ölən və yaralananlar var

​ABŞ Suriyaya ağ fosfor bombası atıb, ölən və yaralananlar var

Bakı. 4 mart. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Suriyanın cənub-şərqində yerləşən Baquz kəndinə endirdiyi hava zərbələri zamanı, beynəlxalq konvensiyalarla qadağan olunmuş ağ fosfor bombası atması nəticəsində dinc sakinlər həlak olublar.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli dövlət televiziyası məlumat yayıb.

"Aralarında qadın və uşaqların olduğu dinc sakinlər Amerika koalisiyasının Deyr-əz-Zor əyalətinin Baquz kəndindəki ferma ərazisinə havadan zərbə zamanı beynəlxalq konvensiyalarla qadağan olunmuş ağ fosfor atması nəticəsində ölüb və yaralanıblar", - deyə "Ikhbariya" telekanalı yerli mənbələrə istinadən məlumat yayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi