ABŞ Suriyaya ağ fosfor bombası atıb, ölən və yaralananlar var

ABŞ Suriyaya ağ fosfor bombası atıb, ölən və yaralananlar var Bakı. 4 mart. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Suriyanın cənub-şərqində yerləşən Baquz kəndinə endirdiyi hava zərbələri zamanı, beynəlxalq konvensiyalarla qadağan olunmuş ağ fosfor bombası atması nəticəsində dinc sakinlər həlak olublar.
Digər ölkələr
4 Mart , 2019 04:51
ABŞ Suriyaya ağ fosfor bombası atıb, ölən və yaralananlar var

Bakı. 4 mart. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Suriyanın cənub-şərqində yerləşən Baquz kəndinə endirdiyi hava zərbələri zamanı, beynəlxalq konvensiyalarla qadağan olunmuş ağ fosfor bombası atması nəticəsində dinc sakinlər həlak olublar.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli dövlət televiziyası məlumat yayıb.

"Aralarında qadın və uşaqların olduğu dinc sakinlər Amerika koalisiyasının Deyr-əz-Zor əyalətinin Baquz kəndindəki ferma ərazisinə havadan zərbə zamanı beynəlxalq konvensiyalarla qadağan olunmuş ağ fosfor atması nəticəsində ölüb və yaralanıblar", - deyə "Ikhbariya" telekanalı yerli mənbələrə istinadən məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi