Bakı. 24 aprel. REPORT.AZ/ ABŞ prezidenti tərəfindən dövlət katibi vəzifəsinə təklif olunan Mayk Pompeonun namizədliyini Senatın Xarici İşlər Komitəsi təsdiq edib.
“Report” xəbər verir ki, hazırda dövlət postuna namizədlik üzrə səsvermə Senatın ümumi iclasına çıxarılıb.
Senatın profil komitəsində əksəriyyət prezident Donald Trampın həmpartiyalıları olan respublikaçılara məxsusdur. Bu səbəbdən Trampın namizədini komitənin əksəriyyəti dəstəkləyib.