ABŞ Senatının komitəsi dövlət katibi postuna Pompeonun namizədliyini təsdiqləyib

ABŞ Senatının komitəsi dövlət katibi postuna Pompeonun namizədliyini təsdiqləyib Hazırda dövlət postuna namizədlik üzrə səsvermə Senatın ümumi iclasına çıxarılıb
Digər ölkələr
24 Aprel , 2018 03:13
ABŞ Senatının komitəsi dövlət katibi postuna Pompeonun namizədliyini təsdiqləyib

Bakı. 24 aprel. REPORT.AZ/ ABŞ prezidenti tərəfindən dövlət katibi vəzifəsinə təklif olunan Mayk Pompeonun namizədliyini Senatın Xarici İşlər Komitəsi təsdiq edib.

“Report” xəbər verir ki, hazırda dövlət postuna namizədlik üzrə səsvermə Senatın ümumi iclasına çıxarılıb.

Senatın profil komitəsində əksəriyyət prezident Donald Trampın həmpartiyalıları olan respublikaçılara məxsusdur. Bu səbəbdən Trampın namizədini komitənin əksəriyyəti dəstəkləyib.

Son xəbərlər

Orphus sistemi