Yuxarı

ABŞ səfirliyinin Qüdsə köçürüləcəyi vaxt açıqlanıb

ABŞ səfirliyinin Qüdsə köçürüləcəyi vaxt açıqlanıb
Donald Tramp ötən il dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıdıqları barədə qərarı imzalayıb

Bakı. 17 yanvar. REPORT.AZ/ "ABŞ Təl-Əvivdəki səfirliyini bu il ərzində Qüdsə köçürəcək".

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Hindistan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə bildirib.

Qeyd edək ki, Ağ ev beynəlxaq ictimaiyyətin etirazından sonra səfirliyin köçürülməsinin bir neçə il sürəcəyi barədə açıqlama vermişdi. ABŞ Prezidenti Donald Tramp isə ötən il dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıdıqları barədə qərarı imzalayıb. O, bu il yanvarın 16-da ABŞ-ın fələstinli qaçqınlara etdiyi humanitar yardımın 65 milyon dollar azaldılması barədə uyğun sənədi də təsdiqləyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi