Yuxarı

ABŞ seçkiləri: respublikaçılar Senatda, demokratlar isə Nümayəndələr Palatasında qalib gəlib

ABŞ seçkiləri: respublikaçılar Senatda, demokratlar isə Nümayəndələr Palatasında qalib gəlib

135

AP Photo/Alex Brandon)

Bakı. 7 noyabr. REPORT.AZ/ ABŞ-da keçirilən aralıq seçkilər başa çatıb.

“Report” CNN televiziyasına istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın da təmsil olunduğu hakim Respublikaçılar Partiyası Senat seçkilərində qalib gəlib.

Müxalif Demokratlar Partiyasının namizədləri isə Nümayəndələr Palatasına seçkilərdə daha çox səs toplayıblar.

Belə ki, respbulikaçılar Konqressin Yuxarı Palatasında (Senat) 50 yer, demokratlar isə 41 yer qazanıb. Konqressin Aşağı Palatasına (Nümayəndələr Palatası) keçirilən seçkilərdə isə Demokratlar Partiyası 238, Respublikaçılar Partiyası isə 197 mandata sahib olub.

Qeyd edək ki, aralıq mərhələdə Nümayəndələr Palatasının 435 üzvünün hamısı, Senatın isə 3-də biri müəyyən ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi