ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib ABŞ Rusiyanın bir şirkətinə, üç vətəndaşına və beş gəmisinə sanksiya tətbiq edib.
Digər ölkələr
26 Sentyabr , 2019 19:30
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib

ABŞ Rusiyanın bir şirkətinə, üç vətəndaşına və beş gəmisinə sanksiya tətbiq edib.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, sanksiyalar Suriyada fəaliyyət göstərən Rusiya hərbçilərinə aviasiya yanacağının göndərilməsini təmin etmək üçün yaradılan sxemdə iştiraka görə tətbiq edilib.

Xüsusilə "qara siyahı"ya Rusiyanın "Maritaym Assistans" MMC ("Maritime Assistance" LLC) şirkəti salınıb. Onun sanksiyalara məruz qalan "Sovfraxt" ("Совфрахт") şirkəti ilə əlaqəli olduğu bildirilir. 

Son xəbərlər

Orphus sistemi