ABŞ prezidenti və Roma Papası Şimon Peresin dəfnində iştirak edəcək

ABŞ prezidenti və Roma Papası Şimon Peresin dəfnində iştirak edəcək İsrail Xarici İşlər Nazirliyi Misir, İordaniya və başqa ərəb dövlətlərinin təmsilçilərinin də dəfn mərasiminə qatılacağını gözləyir
Digər ölkələr
28 Sentyabr , 2016 12:52
ABŞ prezidenti və Roma Papası Şimon Peresin dəfnində iştirak edəcək

Bakı. 28 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama, Roma Papası Frantsisk yəhudi dövlətinin 9-cu prezidenti Şimon Peresin dəfn mərasimində iştirak etmək üçün İsrailə gedəcək.

"Report" "Haaretz" qəzetinə istinadən xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyi Misir, İordaniya və başqa ərəb dövlətlərinin təmsilçilərinin də mərasimə qatılacağını gözləyir.

Məlumata görə, dəfndə ABŞ dövlət katibi Con Kerri, bu ölkənin keçmiş prezidenti Bill Klinton və xanımı Hillari Klinton, Fransanın baş naziri Fransua Olland, Kanadanın baş naziri Castin Tryudo, Britaniya taxt-tacının varisi, Uels şahzadəsi Çarlzın da iştirakı gözlənilir.

Qeyd edək ki, İsrailin sabiq rəhbərinin ölüm xəbərini sentyabrın 28-də gecə saatlarında oğlu Nehemiya Peres Təl-Əviv yaxınlığındakı "Telxa-Şomer" klinikasında keçirdiyi mətbuat konfransında açıqlayıb. Ş.Peres sentyabrın 30-da dəfn olunacaq. 93 yaşında dünyasını dəyişən sabiq prezidentlə dövlət səviyyəsində vida mərasimi sentyabrın 29-da keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi