Yuxarı

ABŞ Maduro hökumətini gəlir mənbələrindən məhrum etməyə çalışır

​ABŞ Maduro hökumətini gəlir mənbələrindən məhrum etməyə çalışır

Bakı. 24 yanvar. REPORT.AZ/ ABŞ administrasiyası hazırkı mərhələdə diqqətini Venesuela prezidenti Nikolas Maduro hökumətini gəlir mənbələrindən məhrum etməyə yönəldib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu cümə axşamı Ağ evdə jurnalistlərlə söhbətində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton deyib.

O, "ABŞ hökumətinin çərşənbə günü Venesuela ilə bağlı "bütün variantlar"ın nəzərdən keçirilməsi ilə bağlı səsləndirdiyi bəyanatın, Vaşinqtonun Maduro hökumətinə qarşı hərbi güc tətbiq edə biləcəyi anlamına gəlirmi?" sualını belə izah edib:

"Düşünürəm ki, bu [bəyanat] özü özünü izah edir. Bu gün bizim diqqətimizi cəmləşdirdiyimiz yeganə şey, qanunsuz Maduro rejimini gəlir mənbələrindən məhrum etməkdir".

Bundan əvvəl Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib.

Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi