ABŞ Konqresində terror aktı törətmək istəyən şəxs həbs olunub

ABŞ Konqresində terror aktı törətmək istəyən şəxs həbs olunub Ohayo sakini Kapitoli binasında bir neçə partlayıcı qurğunu işə salmağı planlayıbmış
Digər ölkələr
15 Yanvar , 2015 03:34
ABŞ Konqresində terror aktı törətmək istəyən şəxs həbs olunub

Bakı. 15 yanvar. REPORT.AZ/ Federal Təhqiqat Bürosunun əməkdaşları ABŞ Konqresində terror aktı planlaşdıran şəxsi həbs ediblər.

"Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, Kapitolidə bir neçə partlayıcı qurğunu işə salmağı, daha sonra isə qanunvericilərə atəş açmağı planlaşdıran Ohayo ştatının sakini - 20 yaşlı Kristofer Li Kornell, terrorçu "İslam Dövləti" qruplaşması ilə də aktiv əməkdaşlıq edibmiş.

Son xəbərlər

Orphus sistemi