ABŞ Konqresinə ABŞ Prezidenti Donald Trampın impiçmentə layiq olmasının lehinə 10 milyon imzanın toplandığı petisiya təqdim edilib.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, imzalar "MoveOn" fəallarının rəhbərliyi altında toplanıb və Nümayəndələr Palatasının üzvü Rəşidə Tlaibə (Miçiqan ştatı) verilib. O da öz növbəsində Trampa qarşı impiçment prosedurunu başlatmaq üçün qanun layihəsini nəzərdən keçirilməsi üçün məhkəmə komitəsinə təqdim edib.
Qeyd edək ki, demokratlar arasında Trampın impiçmenti haqqında müzakirələr xüsusi prokuror Robert Müllerin "Rusiya işi" araşdırmasını başa çatdırmasından sonra bərpa edilib. ABŞ