Yuxarı

ABŞ Konqresinə ilk dəfə müsəlman qadın seçilib

ABŞ Konqresinə ilk dəfə müsəlman qadın seçilib
ABŞ-da aralıq seçkiləri 2018-ci ilin noyabrında keçirilməlidir

Bakı. 8 avqust. REPORT.AZ/ Fələstin əsilli amerikalı Rəşidə Tlaib Miçiqan ştatındakı ilkin səsvermənin nəticələrinə əsasən, Amerika Nümayəndələr Palatasında yerini təmin edib və bununla bu qanunverici orqanda təmsil olunacaq ilk müsəlman qadın olub.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, R.Tlaib seçkilərdə Demokratlar Partiyasının namizədi olaraq qalib gəlib.

İlkin seçkilərdə müstəqil və Respublikaçılar Partiyasından namizədlər olmayıb və bu, R.Tlaibin aralıq seçkilərində rəqiblərinin olmayacağı anlamına gəlir. O, Konqresin Nümayəndələr Palatasında Miçiqan ştatını təmsil edəcək.

Qeyd edək ki, ABŞ-da aralıq seçkiləri bu ilin noyabrında keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi