Yuxarı

ABŞ-ın Quantanamodakı həbsxanasında 55 dustaq qalıb

ABŞ-ın Quantanamodakı həbsxanasında 55 dustaq qalıb
Amerikanın hazırkı administrasiyası yenə də, bu obyektin bağlanmalı olduğunu hesab edir

Bakı. 7 yanvar. REPORT.AZ/ Amerikanın Quantanamodakı xüsusi həbsxanasında (Kuba) hazırda 55 dustaq qalıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ prezidentinin mətbuat katibi cümə günü Ağ Evdə jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

O, cümə axşamı dörd yəmənlinin Səudiyyə Ərəbistanına təhvil verildiyini təsdiq edib.

Ernestin sözlərinə görə, ABŞ-ın hazırkı administrasiyası əvvəlki kimi hesab edir ki, Quantanamodakı xüsusi obyekt bağlanmalıdır.

O qeyd edib ki, Barak Obama hakimiyyətə gələn zaman həbsxanada 242 məhbus saxlanılırdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi