Bakı. 7 yanvar. REPORT.AZ/ Amerikanın Quantanamodakı xüsusi həbsxanasında (Kuba) hazırda 55 dustaq qalıb.
"Report" xəbər verir ki, bu barədə ABŞ prezidentinin mətbuat katibi cümə günü Ağ Evdə jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
O, cümə axşamı dörd yəmənlinin Səudiyyə Ərəbistanına təhvil verildiyini təsdiq edib.
Ernestin sözlərinə görə, ABŞ-ın hazırkı administrasiyası əvvəlki kimi hesab edir ki, Quantanamodakı xüsusi obyekt bağlanmalıdır.
O qeyd edib ki, Barak Obama hakimiyyətə gələn zaman həbsxanada 242 məhbus saxlanılırdı.