Yuxarı
    Bağlamaq

    ABŞ-ın “qara siyahısında” olan şimali koreyalı general Vaşinqtona səfər edəcək

    Dinlə
    © Patrick Semansky/ Reuters — / Şimali Koreya Əmək Partiyası sədrinin müavini Kim En Çol

    Bakı. 29 may. REPORT.AZ/ Şimali Koreya Əmək Partiyası sədrinin müavini Kim En Çolun mayın 30-da Vaşinqtona səfər edəcəyi gözlənilir.

    “Report” BBC-yə istinadən xəbər verir ki, o, ABŞ-da iyunun 12-də keçirilməsi nəzərdə tutulan Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın görüşü ilə bağlı danışıqlar aparacaq.

    Kim En Çol ABŞ-ın sanksiya tətbiq etdiyi Şimali Koreya rəsmilərindən biridir. Onun Vaşinqtona səfər etməsi üçün xüsusi icazə lazımdır. Kim En Çol ölkə liderinin ən yaxın adamlarından sayılır. 72 yaşlı general ziddiyyətli siyasi fiqur hesab olunur. Ötən illərdə o, Cənubi Koreya ilə danışıqlarda iştirak edib. Kim En Çol Şimali Koreya Hərbi Kəşfiyyatının keçmiş başçısıdır. Rəsmi Seul onu bir sıra hücumlarda, o cümlədən Cənubi Koreyanın hərbi gəmisinin partaldılması nəticəsində 46 dənizçinin ölümündə ittiham edir.

    2010 və 2015-ci illərdə ABŞ general Kim En Çola qarşı fərdi sanksiya tətbiq edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi