ABŞ-ın “qara siyahısında” olan şimali koreyalı general Vaşinqtona səfər edəcək

ABŞ-ın “qara siyahısında” olan şimali koreyalı general Vaşinqtona səfər edəcək Bakı. 29 may. REPORT.AZ/ Şimali Koreya Əmək Partiyası sədrinin müavini Kim En Çolun mayın 30-da Vaşinqtona səfər edəcəyi gözlənilir.
Digər ölkələr
29 May , 2018 16:32
ABŞ-ın “qara siyahısında” olan şimali koreyalı general Vaşinqtona səfər edəcək
/ Şimali Koreya Əmək Partiyası sədrinin müavini Kim En Çol / Patrick Semansky/ Reuters
0 : 00
0 : 00

Bakı. 29 may. REPORT.AZ/ Şimali Koreya Əmək Partiyası sədrinin müavini Kim En Çolun mayın 30-da Vaşinqtona səfər edəcəyi gözlənilir.

“Report” BBC-yə istinadən xəbər verir ki, o, ABŞ-da iyunun 12-də keçirilməsi nəzərdə tutulan Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın görüşü ilə bağlı danışıqlar aparacaq.

Kim En Çol ABŞ-ın sanksiya tətbiq etdiyi Şimali Koreya rəsmilərindən biridir. Onun Vaşinqtona səfər etməsi üçün xüsusi icazə lazımdır. Kim En Çol ölkə liderinin ən yaxın adamlarından sayılır. 72 yaşlı general ziddiyyətli siyasi fiqur hesab olunur. Ötən illərdə o, Cənubi Koreya ilə danışıqlarda iştirak edib. Kim En Çol Şimali Koreya Hərbi Kəşfiyyatının keçmiş başçısıdır. Rəsmi Seul onu bir sıra hücumlarda, o cümlədən Cənubi Koreyanın hərbi gəmisinin partaldılması nəticəsində 46 dənizçinin ölümündə ittiham edir.

2010 və 2015-ci illərdə ABŞ general Kim En Çola qarşı fərdi sanksiya tətbiq edib. 

Son xəbərlər

Orphus sistemi