ABŞ-ın müdafiə naziri: “Hərbçilərimizin İraqda qalmasına ehtiyac var”

ABŞ-ın müdafiə naziri: “Hərbçilərimizin İraqda qalmasına ehtiyac var” Eşton Karter: “Hava şəraiti ilə bağlı problemlər var”
Digər ölkələr
5 Dekabr , 2016 12:50
ABŞ-ın müdafiə naziri: “Hərbçilərimizin İraqda qalmasına ehtiyac var”

Bakı. 5 dekabr. REPORT.AZ/ “Mosulu terrorçu İŞİD qruplaşmasından təmizlədikdən sonra da ABŞ hərbçilərinin İraqda qalmasına ehtiyac var”.

“Report” “Washington Post”a istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Eşton Karter bildirib.

“Yanvarın 20-dək Mosulun terrorçulardan təmizlənməsi əməliyyatı başa çatacaqmı” sualına nazir belə cavab verib: “Bunun başa çatması ehtimalı var. Ancaq çox çətindir. Hava şəraiti ilə bağlı problemlər var. İraqın təhlükəsizlik qüvvələri hər ehtimala qarşı orada hazırlıq keçirlər”.

Qeyd edək ki, ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp yanvarın 20-də and içəcək. 

Son xəbərlər

Orphus sistemi