ABŞ-ın iki bombardmançı təyyarəsi Koreya yarımadasının üzərindən keçib

ABŞ-ın iki bombardmançı təyyarəsi Koreya yarımadasının üzərindən keçib Bununla da ABŞ hərbçiləri Şimalı Koreyanın ballistik raket sınağına cavab vermiş olublar
Digər ölkələr
30 İyul , 2017 10:16
ABŞ-ın iki bombardmançı təyyarəsi Koreya yarımadasının üzərindən keçib

Bakı. 30 iyul. REPORT.AZ/ Amerika Birləşmiş Ştatlarına məxsus səsdən sürətli uçan B-1 təyyarələri Koreya yarımadasının üzərindən keçib.

"Report" xəbər verir ki, bu hadisə Koreya Xalq Demokratik Respublikası qitələrarası ballistik raketi sınaqdan keçirdikdən sonra baş verib.

Nüvə başlıqları daşıya bilən təyyarələr Cənubi Koreya qırıcılarının müşaiyəti ilə uçuşu etdikdən sonra Quam adasındakı hava limanına eniblər.

Bununla da ABŞ hərbçiləri Şimalı Koreyanın ballistik raket sınağına cavab vermiş olublar. 

Son xəbərlər

Orphus sistemi