Yuxarı
    Bağlamaq

    ABŞ-ın iki bombardmançı təyyarəsi Koreya yarımadasının üzərindən keçib

    Bununla da ABŞ hərbçiləri Şimalı Koreyanın ballistik raket sınağına cavab vermiş olublar

    Bakı. 30 iyul. REPORT.AZ/ Amerika Birləşmiş Ştatlarına məxsus səsdən sürətli uçan B-1 təyyarələri Koreya yarımadasının üzərindən keçib.

    "Report" xəbər verir ki, bu hadisə Koreya Xalq Demokratik Respublikası qitələrarası ballistik raketi sınaqdan keçirdikdən sonra baş verib.

    Nüvə başlıqları daşıya bilən təyyarələr Cənubi Koreya qırıcılarının müşaiyəti ilə uçuşu etdikdən sonra Quam adasındakı hava limanına eniblər.

    Bununla da ABŞ hərbçiləri Şimalı Koreyanın ballistik raket sınağına cavab vermiş olublar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi