ABŞ-ın dövlət katibi vəzifəsinə namizədin adı gələn həftə açıqlanacaq

ABŞ-ın dövlət katibi vəzifəsinə namizədin adı gələn həftə açıqlanacaq Donald Tramp Prezident Barak Obama ilə administrasiyaya təyinatlar məsələsini məsləhətləşdiyini söyləyib
Digər ölkələr
7 Dekabr , 2016 20:10
ABŞ-ın dövlət katibi vəzifəsinə namizədin adı gələn həftə açıqlanacaq

Bakı. 7 dekabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp dövlət katibi postuna namizədin adını gələn həftə açıqlayacaq.

“Report” xəbər verir ki, bunu Donald Tramp NBC telekanalına müsahibəsində bildirib.

O deyib ki, dövlət katibinin adını gələn həftə açıqlayacağam.

D.Tramp dekabrın 7-8-də Prezident Administrasiyasına yeni təyinatlar edəcəyini də söyləyib.

ABŞ-ın yeni dövlət başçısı Massaçusets ştatının qubernatoru Mitt Romninin dövlət katibi postuna namizədliyinin müzakirə olunduğunu təsdiqləyib.

Donald Tramp fəaliyyətdə olan prezident Barak Obama ilə adminstrasiyaya təyinatlar məsələsini məsləhətləşdiyini də vurğulayıb.

Son xəbərlər

Orphus sistemi