Bakı. 7 dekabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp dövlət katibi postuna namizədin adını gələn həftə açıqlayacaq.
“Report” xəbər verir ki, bunu Donald Tramp NBC telekanalına müsahibəsində bildirib.
O deyib ki, dövlət katibinin adını gələn həftə açıqlayacağam.
D.Tramp dekabrın 7-8-də Prezident Administrasiyasına yeni təyinatlar edəcəyini də söyləyib.
ABŞ-ın yeni dövlət başçısı Massaçusets ştatının qubernatoru Mitt Romninin dövlət katibi postuna namizədliyinin müzakirə olunduğunu təsdiqləyib.
Donald Tramp fəaliyyətdə olan prezident Barak Obama ilə adminstrasiyaya təyinatlar məsələsini məsləhətləşdiyini də vurğulayıb.