​ABŞ-ın cənub-qərbində yerləşən iki kilsədə partlayış baş verib

​ABŞ-ın cənub-qərbində yerləşən iki kilsədə partlayış baş verib Polisin məlumatına görə, hər iki hadisə nəticəsində xəsarət alan olmayıb
Digər ölkələr
3 Avqust , 2015 10:48
​ABŞ-ın cənub-qərbində yerləşən iki kilsədə partlayış baş verib

Bakı. 3 avqust. REPORT.AZ/ ABŞ-ın cənub-qərbindəki Nyu-Meksiko ştatının iki kilsəsində partlayış baş verib. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Telekanalın yaydığı məlumata görə, hadisə bazar günü səhər Las-Kruses şəhərində baş verib. İlk partlayış yerli vaxtla 08.00 radələrində Calvary Baptist Church kilsəsində baş verib. Hadisə, bir çox sakinlərin bazar günü səhər kilsəya toplaşdığı zaman baş verib. Polisin məlumatına görə, bomba poçt qutusunda gizlədilmişdi.

Bu hadisədən təxminən yarım saat sonra, ilk partlayış yerindən beş kilometr aralıda yerləşən Holy Cross Catholic Church kilsəsində də partlayış olub. Bu dəfə partlayıcı qurğu binaya girişin qarşısındakı zibil yeşiyində olub.

Polisin məlumatına görə, hər iki hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda polis hadisəni araşdırır.

Son xəbərlər

Orphus sistemi