ABŞ hərbi təyyarələrinin Yaponiya sahillərində toqquşmasından sonra 2 hərbçi xilas edilib

ABŞ hərbi təyyarələrinin Yaponiya sahillərində toqquşmasından sonra 2 hərbçi xilas edilib Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus F/A-18 tipli qırıcı-bombardmançı və KS-130 tipli yanacaqdolduran təyyarəsinin Yaponiya sahillərində bir-biri ilə toqquşmasından sonra başladılan axtarış-xilasetmə əməliyyatları nəticəsində 2 amerikalı hərbçi xilas edilib.
Digər ölkələr
6 Dekabr , 2018 11:06
ABŞ hərbi təyyarələrinin Yaponiya sahillərində toqquşmasından sonra 2 hərbçi xilas edilib
0 : 00
0 : 00

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "F/A-18" tipli qırıcı-bombardmançı və "KS-130" tipli yanacaqdolduran təyyarəsinin Yaponiya sahillərində bir-biri ilə toqquşmasından sonra başladılan axtarış-xilasetmə əməliyyatları nəticəsində 2 amerikalı hərbçi xilas edilib.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

İlk olaraq "F/A-18" qırıcısının ekipaj üzvü tapılıb, onun şüuru yerindədir və artıq İvakuni bazasına çatdırılıb.

İkinci hərbçi isə toqquşmadan, təxminən, 10 saat sonra aşkar edilib. Onun hansı vəziyyətdə olduğu bilinmir.

Qeyd edək ki, hadisə dünən gecə İvakuni sahillərindən təxminən 200 km məsafədə baş verib. "KC-130"un göyərtəsində beş, "F/A-18"də isə iki nəfər olub.

Hadisənin başvermə səbəbləri araşdırılır. Digər hərbçilərin axtarışı davam etdirilir.

Son xəbərlər

Orphus sistemi