ABŞ hərbi gəmilərini Cənubi Çin dənizinə göndərir

ABŞ hərbi gəmilərini Cənubi Çin dənizinə göndərir ABŞ-a məxsus hərbi gəmilər Cənubi Çin dənizindəki süni adalar ətrafına göndəriləcək
Digər ölkələr
15 Oktyabr , 2015 21:32
ABŞ hərbi gəmilərini Cənubi Çin dənizinə göndərir

Bakı. 15 oktyabr. REPORT.AZ/ ABŞ Dəniz Donanmasının yüksək rütbəli rəsmisi bəyan edib ki, Birləşmiş Ştatlara məxsus hərbi gəmilərin Çinin öz ərazisi hesab etdiyi Cənubi Çin dənizindəki süni adalar ətrafına göndərilməsi təhrikçilik hesab edilə bilməz. "Report"un "Amerikanın Səsi"nə istinadən verdiyi xəbərə görə, admiral Con Riçardson deyib ki, bu kimi əməliyyatlar beynəlxalq qanunlar çərçivəsində həyata keçirilməlidir.

Qeyd edək ki, Çin həmin sularda adalar qurmağa və adalar üzərində hərbi bazalarını yerləşdirməyə davam edir. Həmin suların digər ölkələr tərəfindən də öz əraziləri olduğu iddia edilir.

Riçardson ABŞ-ın niyyətinin mümkün qarşıdurmanın qarşısını almaq olduğunu bildirib.

Pentaqon rəhbəri Eş Karter də Pekini ada inşaatını dayandırmağa çağırıb. O, ABŞ-ın həmin sularda beynəlxalq qanunlar daxilində təyyarə uçuşları, gəmilərin hərəkəti və fəaliyyət göstərməsinə davam edəcəyini və Cənubi Çin dənizinin bu qanunların xaricində olmadığını deyib.

Son xəbərlər

Orphus sistemi