Bakı. 15 yanvar. REPORT.AZ/ ABŞ rəsmiləri amerikalı hərbçilərin Meksika ilə sərhəddə yerləşdirilməsi müddətini 2019-cu ilin sentyabr ayına qədər uzatmağa qərar verib.
"Report" RT-yə istinadən xəbər verir ki, bu barədə AFP məlumat verib.
"Amerika qoşunlarının Meksika ilə sərhəddə yerləşdirilməsi sentyabr ayına qədər uzadılıb", - agentlikdən bildirilib.
Hazırda ABŞ-Meksika sərhədində həmçinin ABŞ-ın gömrük işçilərinə yardım edən 5,6 min hərbçi var. Ağ ev onlara güc tətbiq etməyə və zəruri hallarda dövlət məmurlarını miqrantların mümkün hücumlarından müdafiə etməyə icazə verib.