Yuxarı

ABŞ Əfqanıstan vətəndaşlarına viza verməyi dayandırıb

ABŞ Əfqanıstan vətəndaşlarına viza verməyi dayandırıb
Afghan Special Immigrant Visa proqramı əfqanların sığınacaq üçün müraciət etməsinə imkan verirdi

Bakı. 10 mart. REPORT.AZ/ ABŞ-ın Kabildəki səfirliyi Amerika vizasının verilməsi üçün Əfqanıstan vətəndaşlarına müsahibəni dayandırıb.

"Report" xəbər verir ki, bu barədə demokrat senator xanım Cin Şahin məlumat verib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar "Afghan Special Immigrant Visa" ("Əfqan xüsusi immiqrasiya vizası") proqramını dayandırıb.

"Bu proqram ABŞ-ın Əfqanıstandakı hərbi missiyasını dəstəkləyən və fəaliyyətlərinə görə təhlükələrlə qarşılaşan əfqanlara sığınacaq üçün müraciət etmək imkanı verir", - deyə o bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi