ABŞ Əfqanıstan vətəndaşlarına viza verməyi dayandırıb

ABŞ Əfqanıstan vətəndaşlarına viza verməyi dayandırıb "Afghan Special Immigrant Visa" proqramı əfqanların sığınacaq üçün müraciət etməsinə imkan verirdi
Digər ölkələr
10 Mart , 2017 08:31
ABŞ Əfqanıstan  vətəndaşlarına viza verməyi dayandırıb

Bakı. 10 mart. REPORT.AZ/ ABŞ-ın Kabildəki səfirliyi Amerika vizasının verilməsi üçün Əfqanıstan vətəndaşlarına müsahibəni dayandırıb.

"Report" xəbər verir ki, bu barədə demokrat senator xanım Cin Şahin məlumat verib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar "Afghan Special Immigrant Visa" ("Əfqan xüsusi immiqrasiya vizası") proqramını dayandırıb.

"Bu proqram ABŞ-ın Əfqanıstandakı hərbi missiyasını dəstəkləyən və fəaliyyətlərinə görə təhlükələrlə qarşılaşan əfqanlara sığınacaq üçün müraciət etmək imkanı verir", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi