ABŞ Əfqanistan təhlükəsizlik qüvvələrinə maliyyə dəstəyini 2017-ci ilədək davam etdirəcək

ABŞ Əfqanistan təhlükəsizlik qüvvələrinə maliyyə dəstəyini 2017-ci ilədək davam etdirəcək Bu məqsədlə ildə təxminən 4 milyard dollar vəsait ayrılacaq
Digər ölkələr
24 Mart , 2015 02:52
ABŞ Əfqanistan təhlükəsizlik qüvvələrinə maliyyə dəstəyini 2017-ci ilədək davam etdirəcək

Bakı. 24 mart. REPORT.AZ/ Rəsmi Vaşinqton Əfqanistan təhlükəsizlik qüvvələrinə maliyyə dəstəyini ən azı 2017-ci ilədək davam etdirəcək.

"Report"un xəbərinə görə, bu barədə Ağ Ev-dəki mənbələr Reuters agentliyinə bildirib.

Bu məqsədlə ABŞ büdcəsindən ildə təxminən 4 milyard dollar vəsait ayrılacağını qeyd edən mənbə, hazırda Əfqanistan təhlükəsizlik qüvvələrinin tərkibində 352 min nəfərin qulluq etdiyini xatırladıb.

"2015-ci maliyyə ilində Əfqanıstanın təhlükəsizliyi üçün 4.1 milyard dollar ayrılacak, 2016-cı ildə isə bu rəqəm 3.8 milyard dollar səviyyəsinə enəcək", deyən Ağ Evdəki mənbə əlavə edib.

Son xəbərlər

Orphus sistemi