ABŞ dünya ictimaiyyətini İranla bağlı qərarına dəstək olmağa çağırıb

ABŞ dünya ictimaiyyətini İranla bağlı qərarına dəstək olmağa çağırıb "İran ilə əldə olunan razılaşma sülhə əngəl yaradır"
Digər ölkələr
13 Yanvar , 2018 06:31
ABŞ dünya ictimaiyyətini İranla bağlı qərarına dəstək olmağa çağırıb

Bakı. 13 yanvar. REPORT.AZ/ ABŞ İranın “təhlükəli və sabitliyi pozan rəftarı” ilə bağlı qarşıdurmada dünya ictimaiyyətindən dəstək istəyib.

“Report” “RT”-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli rəsmi Vaşınqtonun İranın nüvə proqramına dair əldə olunan razılaşmaya aid qərarını şərh edərkən deyib.

“İranın raket fəaliyyətinə qarşı hərəkətlərinin gücləndirilməsi, İranın pozduğu silah tədarükünə dair embarqonun sərtləşdirilməsi, bu ölkə tərəfindən terrorçuluğun maliyyələşdirilməsinə divan tutulması və İranda insan haqlarının işıqlandırılması sahələrində BMT-də yeni beynəlxalq əməkdaşlığı səbrsizliklə gözləyirik”, - deyə o bildirib.

Onun qənaətinə görə, İran ilə əldə olunan razılaşma sülhünə əngəl yaradır. İran isə öz növbəsində ”BMT qətnamələrinin və beynəlxalq normaların hərtərəfli pozulmasının” qarşısını almalıdır. 

Son xəbərlər

Orphus sistemi