Bakı. 24 mart. REPORT.AZ/ Meksikanın Tulum şəhərinin turizm kompleksində dörd nəfərdən ibarət amerikalı ailə ölü tapılıb.
“Report” xəbər verir ki, bu barədə Kintana-Roo ştatının Baş Prokurorluğu məlumat yayıb.
Ölənlərin biri kişi, digəri qadın, daha ikisi isə uşaqdır – qız və oğlan.
İlkin olaraq müəyyən edilib ki, ABŞ vətəndaşları Meksikaya martın 15-də gəliblər və 21-dək burada qalmağı planlaşdırıblar. Onların yoxluğu barədə ölənlərin dostları məlumat veriblər.
Meyitlərin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.
Faktla bağlı araşdırma aparılır.