Yuxarı

ABŞ-da qasırğa nəticəsində iki nəfər ölüb

​ABŞ-da qasırğa nəticəsində iki nəfər ölüb

Amerikanın Oklahoma ştatının El-Reno şəhərində qasırğa zamanı azı iki nəfər həyatını itirib.

"Report" "The Oklahoman" nəşrinə istinadən xəbər verir ki, şəhər meri Mett Uaytın sözlərinə görə, daha 29 nəfər xəstəxanaya yerləşdirilib.

Şəhər polisi yerli sakinləri ehtiyatlı olmağa və fövqəladə xidmət orqanlarının işinə mane olmamağa çağırıb.

Bildirilir ki, qasırğa zamanı həmçinin yerli otel dağılıb, bir çox tikililərə ziyan dəyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi