ABŞ-da qasırğa nəticəsində iki nəfər ölüb

ABŞ-da qasırğa nəticəsində iki nəfər ölüb Amerikanın Oklahoma ştatının El-Reno şəhərində qasırğa zamanı azı iki nəfər həyatını itirib.
Digər ölkələr
27 May , 2019 01:01
ABŞ-da qasırğa nəticəsində iki nəfər ölüb

Amerikanın Oklahoma ştatının El-Reno şəhərində qasırğa zamanı azı iki nəfər həyatını itirib.

"Report" "The Oklahoman" nəşrinə istinadən xəbər verir ki, şəhər meri Mett Uaytın sözlərinə görə, daha 29 nəfər xəstəxanaya yerləşdirilib.

Şəhər polisi yerli sakinləri ehtiyatlı olmağa və fövqəladə xidmət orqanlarının işinə mane olmamağa çağırıb.

Bildirilir ki, qasırğa zamanı həmçinin yerli otel dağılıb, bir çox tikililərə ziyan dəyib.

Son xəbərlər

Orphus sistemi