ABŞ-da atışma olub, ölən və yaralananlar var - YENİLƏNİB

ABŞ-da atışma olub, ölən və yaralananlar var - YENİLƏNİB ABŞ-ın Kaliforniya ştatının Povey şəhərində silahlı şəxsin açdığı atəş nəticəsində 1 nəfər həlak olub, daha 3 nəfər yaralanıb.
Digər ölkələr
28 Aprel , 2019 02:08
ABŞ-da atışma olub, ölən və yaralananlar var  - YENİLƏNİB

ABŞ-ın Kaliforniya ştatının Povey şəhərində silahlı şəxsin açdığı atəş nəticəsində 1 nəfər həlak olub, daha 3 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə AFP agentliyi şəhər merinə istinadən məlumat verib. 

 "Kaliforniyada sinaqoqda atışma nəticəsində 1 nəfər həlak olub, 3 nəfər yaralanıb", - deyə agentlik bildirib.

Polis hadisəni törədən şəxsi saxlayıb. 


***00:08

ABŞ-da atışma olub.

Bu barədə "Report" ABC-ə istinadən xəbər verir. 

Bildirilir ki, hadisə Kaliforniyada, sinaqoqda qeydə alınıb. Povey şəhərində naməlum şəxs insanlara atəş açıb. Nəticədə 4 nəfər xəsarət alıb. Polis hadisəni törədən şəxsi saxlayıb.

NBC isə hadisə zamanı 3 nəfərin xəsarət aldığını xəbər verib. Qeyd edilir ki, sinaqoqda bayram mərasiminin keçirilməsi planlaşdırılırmış.

Daha əvvəl də ABŞ-ın Konnektikut ştatında atışma olub.

Son xəbərlər

Orphus sistemi