ABŞ-ın Konnektikut ştatında atışma olub.
"Report" xəbər verir ki, bu barədə "Newsbreakinglive.com" bildirib.
Məlumata görə, hadisə Meriden şəhərində, ticarət mərkəzi yaxınlığında baş verib. Atışma zamanı azı iki nəfər xəsarət alıb. Onların vəziyyətinin kritik olduğu bildirilir.
Polisin məlumatına görə, hazırda asayiş keşikçiləri vəziyyətə nəzarət edir.