Yuxarı
    Bağlamaq

    ABŞ-da məktəbli avtobusu qəzaya uğrayıb, ölənlər və xəsarət alanlar var

    Bakı. 7 dekabr. REPORT.AZ/ ABŞ-ın Bluminqton şəhərində məktəblilərdən ibarət basketbol komandasının üzvlərini daşıyan avtobus qəza uğrayıb.

    "Report" "NBC Chicago" telekanalına istinadən xəbər verir ki, bu barədə İllinoys ştatının polisi məlumat yayıb.

    Bildirilir ki, məktəbli qızlardan ibarət avtobus Bluminqtonda yük avtomobili ilə toqquşub. Qəza zamanı yük avtomobilinin 34 yaşlı sürücüsü və məktəbliləri müşayiət edən 72 yaşlı bələdçi ölüblər. Hadisə nəticəsində həmçinin 8 məktəbli müxtəlif dərəcəli xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

    Hadisə zamanı habelə avtobusun sürücüsü də xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti barədə məlumat verilmir.

    Məlumata görə, qəzaya yük atvomobilinin sürücüsünün səhlənkarlığı səbəb olub. Belə ki, o, idarə etdiyi avtomobillə yolun əks tərəfinin xəttinə çıxıb və bu zaman avtobusla toqquşub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi