ABŞ-da məktəbli avtobusu qəzaya uğrayıb, 9 şagird yaralanıb

ABŞ-da məktəbli avtobusu qəzaya uğrayıb, 9 şagird yaralanıb Bakı. 5 noyabr. REPORT.AZ/ ABŞ-ın Merilend ştatının Montqomeri dairəsində məktəb avtobusu ilə tullantı daşıyan avtomobilin toqquşması nəticəsində 9-u şagird olmaqla azı 11 nəfər xəsarət alıb.
Digər ölkələr
5 Noyabr , 2018 23:46
ABŞ-da məktəbli avtobusu qəzaya uğrayıb, 9 şagird yaralanıb

Bakı. 5 noyabr. REPORT.AZ/ ABŞ-ın Merilend ştatının Montqomeri dairəsində məktəb avtobusu ilə tullantı daşıyan avtomobilin toqquşması nəticəsində 9-u şagird olmaqla azı 11 nəfər xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi yerli polis öz "Twitter" səhifəsində yazıb.

Bildirilir ki, avtobusda qəza zamanı 39 məktəbli olub. Qəzada hər iki nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri məlum deyil.

Bundan əvvəl Kolumbiyada məktəbli avtobusu qəzaya uğrayıb.

Son xəbərlər

Orphus sistemi