Yuxarı

ABŞ-da maşın piyadaları vurub, iki nəfər ölüb - VİDEO

​ABŞ-da maşın piyadaları vurub, iki nəfər ölüb
Daha üç nəfər ciddi xəsarət alıb

Bakı. 3 mart. REPORT.AZ/ Birləşmiş Ştatların Yeni Orlean şəhərində avtomobil piyadaları vurub.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, nəticədə iki nəfər ölüb, daha üç nəfər ciddi xəsarət alıb.

Polis 32 yaşlı sürücü Teşonti Toninin hadisə yerindən qaçdığını, lakin yerli sakinlər tərəfindən tutulduğunu bildirib.

Hadisənin səbəbləri hələ ki, məlum deyil. Amma polis Toninin sərxoş olduğunu ehtimal edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi