Çində sətəlcəm kimi yayılan, amma sonradan koronavirusun yeni növü olduğu müəyyən edilən virus ilk dəfə ABŞ-da qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, koronaviruslu xəstə Sietl şəhərində (Vaşinqton ştatı - Red) aşkarlanıb.
Bildirilib ki, Çindən ABŞ-a gələn sərnişinə yeni tipli koronavirus diaqnozu qoyulub.
“The Washington Post” qəzeti isə bildirib ki, xəstəlik, təxminən, 30 yaşlarında, təyyarə ilə Çindən gələn kişidə aşkarlanıb. Onun vəziyyəti sabit qiymətləndirilir.