ABŞ-da koronaviruslu xəstə qeydə alınıb

ABŞ-da koronaviruslu xəstə qeydə alınıb Çində sətəlcəm kimi yayılan, amma sonradan koronavirusun yeni növü olduğu müəyyən edilən virus ilk dəfə ABŞ-da qeydə alınıb.
Digər ölkələr
21 Yanvar , 2020 23:22
ABŞ-da koronaviruslu xəstə qeydə alınıb

Çində sətəlcəm kimi yayılan, amma sonradan koronavirusun yeni növü olduğu müəyyən edilən virus ilk dəfə ABŞ-da qeydə alınıb.  

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, koronaviruslu xəstə Sietl şəhərində (Vaşinqton ştatı - Red) aşkarlanıb.

Bildirilib ki, Çindən ABŞ-a gələn sərnişinə yeni tipli koronavirus diaqnozu qoyulub. 

“The Washington Post” qəzeti isə bildirib ki, xəstəlik, təxminən, 30 yaşlarında, təyyarə ilə Çindən gələn kişidə aşkarlanıb. Onun vəziyyəti sabit qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi