Yuxarı

ABŞ-da koronavirus qurbanlarının sayı min nəfəri ötdü

​ABŞ-da koronavirus qurbanlarının sayı min nəfəri ötdü

612

ABŞ ərazisində koronavirusun səbəb olduğu xəstəliyin qurbanlarının sayı 1 000 nəfərdən çoxdur.

“Report” TASS-a istinadən xəbər verir ki, bununla bağlı göstərici ölkədə federal və yerli hakimiyyətin məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universitetinin xəbərlərində yer alıb.

Universitetin informasiyasına görə, Birləşmiş Ştatlarda xəstəlikdən qeydə alınmış ölüm hallarının sayı 1 031 təşkil edir. Ölkədə koronavirusa 68 572 yoluxma qeydə alınıb.

Koronavirus ilk dəfə 2019-cu ilin sonunda Mərkəzi Çində, Uhan şəhərində qeydə alınıb. COVID-19 Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilib.

Dünyada koronavirus qurbanlarının sayı 18 min nəfərdən çoxdur. Virusa yoluxanların ümumi sayı 414 179 nəfərdir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi