ABŞ-da iki polis zabiti güllələnib

ABŞ-da iki polis zabiti güllələnib Hazırda polislərlə cinayətkar arasında atışma gedir
Digər ölkələr
23 Sentyabr , 2017 20:42
ABŞ-da iki polis zabiti güllələnib
cbsnews.com

Bakı. 23 sentyabr. REPORT.AZ/ ABŞ-da naməlum şəxs iki polis zabitini güllələyib.

"Report" "CBSNEWS.com"-a istinadən xəbər verir ki, hadisə Konnektikut ştatında, Nyu-Haven şəhərində baş verib.

Xəbərdə qeyd olunur ki, hazırda polis əməkdaşları ilə hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açan cinayətkar arasında atışma gedir.

Yaralanan polislərin həyatı üçün təhlükə olmadığı, onların xəsarətinin yüngül olduğu bildirilir. 

Son xəbərlər

Orphus sistemi