ABŞ-da iki hərbi təyyarə səmada toqquşub

ABŞ-da iki hərbi təyyarə səmada toqquşub Hadisə San-Dieqo şəhərinin səmasında baş verib
Digər ölkələr
10 Noyabr , 2016 01:58
ABŞ-da iki hərbi təyyarə səmada toqquşub

Bakı. 10 noyabr. REPORT.AZ/ ABŞ-da iki hərbi təyyarə səmada toqquşub.

"Report" xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 11:40 radələrində Kaliforniya ştatının San-Dieqo şəhərinin səmasında baş verib. Belə ki, Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarələr təlim uçuşları zamanı üz-üzə gəliblər. 

Təyyarələrdən birinin pilotu Hərbi Dəniz Qüvvələrinin aviasiya bazasına eniş edə bilib. Digər pilot isə katapulta vasitəsilə tullanıb. Onun vəziyyəti barədə barədə məlumat yoxdur.

Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi