Yuxarı

ABŞ-da dörd nəfər qar çovğununun qurbanı olub

ABŞ-da dörd nəfər qar çovğununun qurbanı olub

Bakı. 10 dekabr. REPORT.AZ/ ABŞ-ın Şimali Karolina ştatında baş vermiş qar fırtınası nəticəsində dörd nəfər ölüb.

Bu barədə "Report" NBC-yə istinadən məlumat verir.

ABŞ-ın Milli Meteorologiya Xidmətinin məlumatına görə, bəzi ərazilərdə qarın qalınlığı 60 sm-i keçib. Əlverişsiz hava şəraiti ilə bağlı yollarda hərəkət iflic olub. Bildirilir ki, 500-ə yaxın yol-nəqliyyat hadisəsi baş verib.

Şimali Karolina ştatının hakimiyyət orqanları sakinlərə səfərə çıxmamağı məsləhət görüblər.

"Evdə qalın. Milad bayramı üçün hədiyyələr hazırlayın, yolkaları bəzəyin və futbola baxın", - deyə ştatın qubernatoru Roy Kuper özünün "Twitter" səhifəsində yazıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi