Yuxarı

Nyu-York məktəbləri qar çovğunu səbəbindən bağlanıb

Proqnozlara görə, Nyu-Yorku qar və aşağı dərəcəli temperatur gözləyir

Bakı. 4 yanvar. REPORT.AZ/ Nyu-York meri Bill De Blazio cümə axşamı qarlı-şaxtalı hava şəraiti səbəbindən şəhərin bütün məktəblərinin bağlanacağını bildirib.

“Report” xəbər verir ki, bu barədə o, öz "Twitter" səhifəsində yazıb.

"Nyu-York məktəbləri sabah, yanvarın 4-də qar çovğunu səbəbindən bağlı olacaq", – deyə şəhər meri qeyd edib.

ABŞ Milli Meteorologiya Xidməti ölkənin Atlantik okeanı sahilləri istiqamətində güclü qar fırtınasının irəlilədiyi barədə xəbərdarlıq edib. Hava proqnozlarına görə, Nyu-Yorku qar yağışı və aşağı dərəcəli temperatur gözləyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi