Yuxarı

ABŞ-da 3 mindən çox aviareys təxirə salınıb

ABŞ-da 3 mindən çox aviareys təxirə salınıb

Bakı. 8 mart. REPORT.AZ/ Birləşmiş Ştatların şimal-şərqində yerləşən bir neçə ştatda qar qasırğası səbəbindən 3 mindən çox aviareys təxirə salınıb və 9 mindən çox təyyarə reysi gecikib.

"Report" xəbər verir ki, bu barədə "FlightAware" saytı məlumat yayıb.

Güclü qar yağışı Amerikanın xüsusilə, Nyu-York, Konnektikut, Nyu-Hempşir, Vermont, Massaçusets və Pensilvaniya kimi ştatlarında qeydə alınıb.

Bu, son həftə ərzində sözügedən regionda artıq ikinci ciddi qar qasırğasıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi